Kateqoriyalar
Sırala
“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin rəhbəri Nail Kəmərli

“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin rəhbəri Nail Kəmərli bildirib ki, narkomaniyanın yayılma səbəbləri çoxdur, amma ssenari eynidir. Bütün ssenarilərdə yalnız qəhrəmanlar dəyişir. Narkomaniyanın artmasının əsas səbəblərindən biri ailə faktorudur. İkinci isə mühitdir. Onun sözlərinə görə, bəzən idmançılar, tanınmış şəxslər də ağır depressiyaya düşüb bu yola əl atırlar. Nail Kəmərli vurğulayıb ki, “patı”, “kokos” əslində narkotik vasitə deyil, psixotrop tərkibli maddələrdir. Onlar insanlarda çox sürətli şəkildə asılılıq yaradır və istifadəçini qısa müddətdə pis hala salır. O həmçinin qadınların və kişilərin narkotikdən müalicə prosesindəki fərqlər barədə də məlumat verib.

Müsahibə: Kaspi.az

Çəkiliş tarixi: 05 aprel 2025
Şəkillərin sayı: 14
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up