Kateqoriyalar
Sırala

Novxanıda yerləşən Axund Əbil sərdabəsi

Novxanıda yerləşən Axund Əbil sərdabəsinin ətrafı qəbirlərlə əhatə olunub. Sərdabə təxminən 1850-1870-ci illərdə inşa edilib. Başqa sərdabələrdən fərqli olaraq bu sərdabə kürsü üzərində tikilib. Tikili dördbucaqlı formaya malikdir və giriş hissəsinin üzərində daş kitabə qoyulub. Axund Əbil sərdabəsi səkkizbucaqlı piramidaşəkilli günbəzlə tamamlanır. Məlumata görə, burada kəndin axundu Axund Əbil dəfn olunub.

Çəkiliş tarixi: 04 iyul 2025
Şəkillərin sayı: 14
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up