Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu 1994-cü ildən “Tərəvəz-Toxum” Elm İstehsalat Birliyinə çevrilib, 2000-ci ildən isə yenidən Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarı ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli 748 nömrəli Fərmanı ilə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilib.