Kateqoriyalar
Sırala
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin keçirdiyi mətbuat konfransı

Mayın 8-də Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mətbuat konfransı keçirib. Səfir bildirib ki, Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir. Bu hücumlar nəticəsində Pakistan vətəndaşları arasında ölən və yaralananlar olub. Qasım Mohiuddin həmçinin vurğulayıb ki, Hindistan Pakistana dəstək verdiyi üçün Azərbaycan məhsullarını boykot edir. Onun sözlərinə görə, münaqişənin həlli üçün dünyanın aparıcı dövlətləri səthi deyil, vahid mövqedən çıxış etməlidir.

Çəkiliş tarixi: 08 may 2025
Şəkillərin sayı: 6
arrow-up