Kateqoriyalar
Sırala

Paraatlet Lamiyə Vəliyeva və həyat yoldaşı Tembo Con Monarenq

Dördqat dünya çempionu və “Paris-2024” Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Lamiyə Vəliyeva artıq 10 ildir peşəkar şəkildə yüngül atletika, xüsusilə də sprint növü ilə məşğuldur. Uşaqlıqdan idmana böyük maraq göstərən Lamiyənin bu yolda ən böyük dəstəkçilərindən biri babası olub. Əvvəl voleybolla məşğul olsa da, sonradan fərdi idman növü olan yüngül atletikanı seçib. Lamiyə idmanın ona nizam-intizam, məqsədyönlülük və güclü xarakter qazandırdığını deyir. Həyat yoldaşı, cənubi afrikalı atlet Tembo Con Monarenqlə 2023-cü ildə Çində keçirilən Universiada Oyunlarında tanış olub. Yarışdan sonra münasibətləri daha da yaxınlaşıb və ailə qurublar. Tembo hazırda Azərbaycan dilini öyrənir, məşqlərdə fəal iştirak edir və gələcəkdə Azərbaycanı təmsil etmək istədiyini bildirir.

Çəkiliş tarixi: 07 iyul 2026
Şəkillərin sayı: 12
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up