Kateqoriyalar
Sırala
Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edən idmançılarımız vətənə qayıdıblar

İdmançılar, o cümlədən, beş olimpiya mükafatçısı, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar. Millimiz Fransa paytaxtında 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib çıxıb. Paris-2024-də cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Komandamız bu göstərici ilə tarixdə ilk dəfə Olimpiadanı 30-cu pillədə başa vurub.

Çəkiliş tarixi: 13 avqust 2024
Şəkillərin sayı: 12
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up