Kateqoriyalar
Sırala

3 dekabr - Beynəlxalq Əlillər Günü

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. BMT Baş Məclisi tərəfindən bu günün təsis olunması fiziki məhdudiyyətli insanlara cəmiyyətin diqqətinin və onların ictimai həyatda fəal iştirakına şərait yaradılması üçün səylərin artırılmasıdır. Azərbaycanda da əlilliyi olan şəxslərin reabilitasiyası üçün xüsusi mərkəzlər xidmət göstərir. Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tərkibindədir. Bu müəssisə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan, 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyasını həyata keçirir. Mərkəzdə kompüter montajı, montajçı operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, manikür və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Çəkiliş tarixi: 03 dekabr 2025
Şəkillərin sayı: 44
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up