30 ildir pinəçilik fəaliyyəti ilə məşğul olan Adil usta
19 yaşında peşəkar şəkildə pinəçiliyə başlayan Adil usta artıq 30 ildir bu sahədə çalışır. Bu peşə onun həyatına təsadüfən yox, ailə ənənəsi kimi daxil olub. Atası 1974-cü ildən öz pinəçi dükanında fəaliyyət göstərib və o da uşaqlıq illərini bu dükanda keçirib. Dəri qoxusu və alət səsləri onda erkən yaşlardan bu peşəyə maraq yaradıb. Onun dükanı təkcə sıradan müştərilərin deyil, sənət adamlarının da yolunun düşdüyü ünvan olub. Vaxtilə Ələsgər Məmmədoğlu, Siyavuş Aslan, Yaşar Nuri kimi tanınmış sənətkarlar buranın müştərisi olublar.
Çəkiliş tarixi: 06 yanvar 2026
Şəkillərin sayı: 28
