Kateqoriyalar
Sırala
Pirallahı Rayon İcra Hakimiyyətinin sökməyi planlaşdırdığı evlər

Pirallahı rayon Gürgən qəsəbəsində evləri su basıb, ətrafda tullantıların axıdıldığı kanal peyda olub. Suyun mənbəyi məlum deyil. Sakinlər üfunət və natəmizlikdən əziyyət çəkirlər. Pirallahı İcra Hakimiyyəti isə problemi həll etmək üçün yeni kanal çəkiləcəyini bildirib. RİH nümayəndələrinin çəkməyi planladığı kanal fərdi həyət evlərinin içərisindən keçəcək. Sakinlər bütün sənədlərinin qaydasında olduğunu, evlərin sökülüb, yerində su kanalı çəkilməsinin qanunsuz olduğunu bildirirlər.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 14 iyun 2023
Şəkillərin sayı: 17
Fotoqraflar:
Ahmad Hatamzada
Ahmad Hatamzada
arrow-up