Kateqoriyalar
Sırala
“Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində Yeri” adlı konfrans

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qərbi Azərbaycan İcmasının birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində Yeri” adlı konfrans keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, Qərbi Azərbaycandan olan ziyalıların, eləcə də uşaq və gənclərin iştirakı ilə keçirilən konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi-mədəni irsinin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqda məlumatlandırmaqdır. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Gənclər Şurasının sədri Şahin İsmayılov, həmçinin uşaqlar və gənclər iştirak ediblər.
 

Çəkiliş tarixi: 25 fevral 2025
Şəkillərin sayı: 13
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up