Qurban bayramı münasibəti ilə Təzəpir məscidində qılınan bayram namazı
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır. Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb. Namaz hacı Şamil Rəsulovun rəhbərliyi ilə qılınıb. Namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.
Çəkiliş tarixi: 06 iyun 2025
Şəkillərin sayı: 25
