Kateqoriyalar
Sırala

Ramazan ayında ehtimal edilən Qədr gecəsi

İnanc sahibi insanlar Təzəpir məscidində Qədr gecəsinin ibadətlərini yerinə yetirmək üçün bir araya gəlirlər. Bu müqəddəs gecədə möminlər namaz qılır, Qurani-Kərim oxuyur, dualar edir və Allahdan bağışlanma diləyirlər. İslam dünyasında ən fəzilətli və mübarək gecələrdən hesab olunan Qədr gecəsi Allahın kitabı olan Qurani-Kərimin nazil olmağa başladığı gecə kimi qəbul edilir. İslam inancına görə, ilk vəhy məhz bu gecə İslam peyğəmbəri Məhəmməd peyğəmbərə çatdırılıb. Qurani-Kərim isə sonrakı illər ərzində – ümumilikdə 23 il müddətində hissə-hissə nazil olunaraq tamamlanıb.

Çəkiliş tarixi: 09 mart 2026
Şəkillərin sayı: 34
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up