Kateqoriyalar
Sırala
Rəssam Kənan Əliyev və heykəltəraş Namiq Hüseynovun “100” adlı sərgisi

Bakıda “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin anadan olmasının 100-cü ildönümü münasibəti ilə rəssam Kənan Əliyev və heykəltəraş Namiq Hüseynovun “100” adlı sərgisi keçirilib. Ekspozisiyanın ideyası unikaldır. Onun kökündə dahi şəxsiyyətlərin vətənlərinin inkişafı uğrunda müxtəlif sahələrdə dayanmadan çalışması və ölkəsini dünyada tanıtmaq missiyası durur. Heydər Əliyev daima öz millətinin yanında olduğu kimi, həmin o dahi şəxsiyyətlərin yanında var idi. Əllər insanların düşüncələrindəki fikirlərin reallaşdırır və onları şah əsər halına salır. Hər birimiz nəsə yarada bilərik: kimsə ev tikir, kimsə rəqs edir, kimsə heykəl yapır, kimsə yazır, kimsə əkinçiliklə məşğul olur, kimsə isə yemək bişirir. Bütün bu hadisələr rəssam Kənan Əliyev və heykəltəraş Namiq Hüseynovu beynəlxalq səviyyəli proyektin ərsəyə gəlməsinə ilhamlandırıb. Onlar birlikdə bir çox müasirlərin əllərinin maketini yaradıblar.

Reportaj: Media.az

Çəkiliş tarixi: 06 may 2023
Şəkillərin sayı: 53
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up