Kateqoriyalar
Sırala

Qrataj texnikası ilə Vətən sevgisini təsvir edən rəssam Ləman Həsənzadə

25 yaşlı Ləman Həsənzadə memar-dizayner və rəssam olaraq fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Ləman Həsənzadə Azərbaycan Rəssamlar İttifaqının və beynəlxalq qalereyanın üzvüdür. Əsərlərini əsasən qrataj üslubunda çəkən rəssamın yaradıcılığında milli dəyərlər, Vətən sevgisi və Zəfər ruhu müasir bədii dildə ifadə olunur. Qrafikanın bir növü olan qrataj texnikasında əvvəlcə akvarel kağız üzərinə yağlı pastel boya, daha sonra qara quaş çəkilir, quruduqdan sonra isə cızılaraq işlənilir. Onun “Zəfər – 8 Noyabr” adlı əsəri qrataj texnikasında hazırlanıb və bu üslubda Azərbaycanda keçirilən ilk fərdi sərgidə nümayiş olunub. Əsərdə “Zəfər” sözündəki “f” hərfi Qarabağın rəmzi olan Xarı bülbülün baş hissəsi formasında təsvir edilib. Kompozisiyada yer alan sonsuzluq işarəsi Qələbənin əbədiliyini simvolizə edir. Sonsuzluq işarəsindəki dəmir yolu Zəngəzur dəhlizini, mərkəzdən keçən yol isə Şuşa yolunu ifadə edir.

Çəkiliş tarixi: 24 fevral 2026
Şəkillərin sayı: 27
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up