Robot texnologiyaları üzrə mütəxəssis İlyas Kərimov
İstedad məsələsini inkar etmirik. İstedad olanda kimsə digərindən daha tez qavraya, anlaya bilər. Amma bu sahədə maraq istedaddan öndə gəlir. Həvəs, maraq varsa, şagird bunu öyrənmək istəyəcək. Daha çox maraq göstərən daha öndə gedir. Bir də kreativlik bu işin başında durur. Uşaqda “Bildiklərimlə yeni nələr yarada bilərəm?” kimi düşüncə formalaşmalıdır. Bəzən şagird tamamilə yeni robot düzəldir. Öz düşüncəsinə görə iş ortaya qoyur. 6 yaşında uşaqda elə kreativ ideyalar olur ki!
Müsahibə: Kaspi.az
Çəkiliş tarixi: 20 noyabr 2022
Şəkillərin sayı: 11