Kateqoriyalar
Sırala
Şəhid Elsəvər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva

Elsevər Vaqif oğlu Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonun Qovşudlu kəndində anadan olub. 1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. 2010-cu ildə hərbi akademiyanı bitirdikdən sonra Gəncədə “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb, üç ilə yaxın orada çalışıb. Daha sonra isə 2012-ci ildə imtahan verib, Bakıda sülhməramlılar taborunda çalışmağa başlayıb. O, Türkiyə, Bolqarıstan, Macarıstan və Ukraynada olub. Ən sonda İngiltərədə səfərdə olub. 2019-cu il dekabrın 13-dən 2020-ci il iyulun 11-nə qədər Əfqanıstanda hərbi təlimlərdə iştirak edib.Azərbaycan Ordusunun mayoru olan Elsevər Paşayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində savaşıb. Elsevər Paşayev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 03 oktyabr 2022
Şəkillərin sayı: 21
Fotoqraflar:
Firudin Salimov
Firudin Salimov
arrow-up