"Sərhədçi" İdman Olimpiya Mərkəzinin baş məşqçisi Fuad Zeynalov
Dünya çempionu, əməkdar məşqçi, əməkdar idman ustası, mayor Fuad Zeynalov Bakıda anadan olub. İdman karyerasına təhsil aldığı məktəbin idman zalında başlayan Fuad Zeynalov 15 yaşında aikido üzrə qara kəmər qazanıb. 2006-cı ildə kikboksa yönələn idmançı ilk böyük uğurunu 2008-ci ildə dünya kubokunu qazanmaqla əldə edib. Kikboks üzrə nailiyyətlər qazanan keçmiş idmançı müəyyən müddət idmana fasilə vermək məcburiyyətində qalıb. O, hazırda Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi olaraq fəaliyyət göstərir.
Çəkiliş tarixi: 04 fevral 2026
Şəkillərin sayı: 10
