Kateqoriyalar
Sırala

Fiziki və mənəvi rahatlıq təmin edən itlərlə meditasiya

Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır. Seanslar zamanı iştirakçılar yoqa hərəkətləri edərkən ətrafda sərbəst dolaşan it balaları ilə təmasda olur, bu isə prosesə xoş əhvali-ruhiyyə və pozitivlik qatır. Mütəxəssislərin fikrincə, heyvanlarla ünsiyyət insan orqanizmində stresin azalmasına və xoşbəxtlik hormonlarının artmasına səbəb olur. Xüsusilə itlər insanın emosional vəziyyətinə tez reaksiya verdiyi üçün meditasiya zamanı daxili sakitliyin təmin olunmasına kömək edir. Bu cür seanslar təkcə bədəni deyil, zehni də rahatladır. İtlərlə meditasiya həm də sosial bir təcrübədir. İnsanlar burada məşq etməklə yanaşı, heyvanlara qarşı daha həssas və məsuliyyətli yanaşma formalaşdırırlar. Bəzi hallarda isə bu görüşlər yeni bir dostluğun başlanğıcına çevrilir. İştirakçılar seans zamanı ünsiyyət qurduqları balaları sahiblənmək qərarına da gələ bilirlər.

Çəkiliş tarixi: 16 aprel 2026
Şəkillərin sayı: 25
Fotoqraflar:
Sabina Shabiyeva
Sabina Shabiyeva
arrow-up