Kateqoriyalar
Sırala

Beş yüz ilə yaxın tarixi olan Şeyx Cüneyd türbəsi

Şeyx Cüneyd türbəsi Qusar rayonunun Həzrə kəndində, qədim qəbiristanlığın yaxınlığında yerləşir. Bu kəndin də öz adını Şeyx Cüneydin "Həzrət" ləqəbindən aldığı ehtimal olunur. Abidənin üzərindəki lövhədə onun 1544-cü ildə, I Şah Təhmasibin hökmdarlığı dövründə tikildiyi qeyd olunub. Türbədə Səfəvi şeyxlərindən olan Şah İsmayıl Xətainin babası, Ərdəbil hakimi Şeyx Cüneyd dəfn edilib. Bişmiş kərpicdən inşa edilən türbə binası daxildən və xaricdən düzbucaqlı plana malikdir. Türbənin üzəri böyük günbəzlə örtülüb. Beş yüzə yaxın yaşı olan abidə sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artırılıb, təmir olunaraq ətrafı abadlaşdırılıb.

Çəkiliş tarixi: 06 yanvar 2026
Şəkillərin sayı: 37
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up