Strateji və zehni diqqət tələb edən kamandan oxatma idman növü
Kamandan oxatma idman növü strateji və zehni diqqət tələb etməsi ilə digər idman növlərindən fərqlənir. Bu idman növü üzrə yarışlar örtülü salonda 18 metr, açıq havada isə 70 metr məsafədə keçirilir. Kamandan oxatma ilk dəfə 1904-cü il Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1931-ci ildə isə kamandan oxatma idman növünün Beynəlxalq Federasiyası yaradılıb. Beləliklə, 1972-ci ildən etibarən hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirilir. Kamandan oxatma idman növü üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada birləşir. 1993-cü ildə isə bir sıra idman təşkilatlarının nümayəndələri, oxatma üzrə mütəxəssis və veteranları tərəfindən Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyası təsis edilib.
Çəkiliş tarixi: 04 mart 2025
Şəkillərin sayı: 19