Kateqoriyalar
Sırala

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşirin jurnalistlərə müsahibəsi

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılmasına başlanılması ilə bağlı keçirilən mərasimdən sonra jurnalistlərə açıqlama verib. Nazirin sözlərinə görə, hazırkı infrastruktur ildə 6 milyon kubmetr qazın nəqlinə imkan verir: “Hazırda ilkin mərhələdə gündəlik 4,3 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Bu imkana və dəstəyə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu proses, əslində, ölkə prezidentimizin son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra mümkün olub”. M.Əl Bəşir əlavə edib ki, bu layihə birbaşa Suriya xalqının rifahına və ölkədə enerji təchizatının davamlı təmin olunmasına xidmət edəcək.

Çəkiliş tarixi: 02 avqust 2025
Şəkillərin sayı: 10
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up