Tikintisi başa çatmaq üzrə olan Ağdam şəhər 1 nömrəli tam orta məktəb
Ağdam şəhərində yerləşən, ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq. Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Çəkiliş tarixi: 20 fevral 2025
Şəkillərin sayı: 18