Qobu qəsəbəsində yerləşən Tunc dövrünə aid qayaaltı mağara
Qobu qəsəbəsində yerləşən sirli mağara “Daşlı yamac üstü” adlanan ərazidə yerləşir. Arxeoloqlar iddia edirlər ki, bu qayaaltı mağara min illər əvvəl insanların yaşayış məskəni olub. Qayaların üzərində həkk olunmuş müxtəlif oymalar və işarələrin Tunc dövrünə aid olduğu ehtimal edilir. Ərazidə altında gizli mağara olan böyük qaya daşı mövcuddur. O dövrün insanlarının buradan sığınacaq kimi istifadə etdiyi güman olunur. İçərisində geniş boşluq olan mağaranın ətrafında qədim insanların fəaliyyətini göstərən izlərə rast gəlinib. Ərazidə sitayiş yerlərini xatırladan oymalar və daşlardan düzəldilən çalalar da var. Mağaranın üç-beş min il yaşı olduğu ehtimal edilir.
Çəkiliş tarixi: 19 may 2022
Şəkillərin sayı: 19
