Kateqoriyalar
Sırala

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Çelsi" oyunu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 16-cı dəqiqəsində "Çelsi" hesabı açıb. Matçın 29-cu dəqiqəsində "Qarabağ"ın futbolçusu Leandro Andrade hesabı bərabərləşdirib. 39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib və Ağdam təmsilçisini hesabda önə çıxarıb. Oyunun 53-cü dəqiqəsində isə rəqib komandanın oyunçusu Alexandro Qarnaço hesabı yenidən bərabərləşdirib. Matç  2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da "Qarabağ" cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıb.

Çəkiliş tarixi: 05 noyabr 2025
Şəkillərin sayı: 56
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up