UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyunu
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah" doğma meydanda Uelsin TNS komandası ilə qarşılaşıb. Masazırdakı "Bank Respublika Arena"da keçirilən oyunu polşalı baş hakim Patrik Qriskieviç idarə edib. Qarşılaşmada hesabı 66-cı dəqiqədə "Sabah"ın futbolçusu Velko Simiç açıb. Matçın 84-cü dəqiqəsində isə Kahim Parris fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib. Oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Çəkiliş tarixi: 07 iyul 2026
Şəkillərin sayı: 31
