UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu: "Sabah" - "Hapoel"
Bakıda “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu davam edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada “Sabah” hesabda önə keçib. Azərbaycan təmsilçisinin heyətində Tellur Mütəllimov fərqlənərək hesabı 3:2-yə çatdırıb. İlk hissədə İqor Zlatanoviç 10-cu dəqiqədə “Hapoel”i hesabda önə keçirib. “Sabah” 38-ci dəqiqədə Kristian Nvaçukvunun qolu ilə tarazlığı bərpa edib. Qonaqlar 61-ci dəqiqədə Qay Mizrahinin qolu ilə yenidən önə keçiblər. Daha sonra Umarali Rahman “Sabah”ın ikinci qolunu vuraraq hesabı 2:2 edib. Hazırda hesab 3:2-dir. Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir. Qeyd edək ki, komandalar arasında Rumıniyada keçirilən ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlib.
