UFC döyüşçüsü ilə təşkil olunan xüsusi sessiya
Mayın 7-də Bakıda UFC döyüşçüsü Nazim Sadıqovla xüsusi sessiya təşkil olunub. UFC-də çıxış edən idmançı hazırda iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night" turnirinə ciddi şəkildə hazırlaşır. O həmin turnirdə braziliyalı rəqibi Nikolas Motta ilə qarşılaşacaq. Nazim Sadıqov bu döyüşün onun üçün mühüm mərhələ olduğunu və daha yüksək səviyyəli qarşılaşmalara yol aça biləcəyini vurğulayıb. O həmçinin Bakıdakı döyüşdə qalib gələcəyi təqdirdə mikrofonla hansı fikirləri deyəcəyini açıqlayıb. Nazim Sadıqovun sözlərinə görə, qələbədən sonra yerli publika önündə "Yaşasın Azərbaycan", "Var olsun Azərbaycan" ifadələrini işlətməyi ürəkdən istəyir.
Çəkiliş tarixi: 07 may 2025
Şəkillərin sayı: 14