"UFC Fight Night Baku": Şarabutdin Maqomedov və Mişel Pereyra döyüşü
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub. Gecənin ikinci əsas görüşündə Rusiya təmsilçisi Şarabutdin Maqomedov (84,36) Braziliyadan olan Mişel Pereyra (84,14) ilə qarşılaşıb. Orta çəkidəki dueldə Şarabutdin Maqomedov qələbə qazanıb. O, üç raundun yekununa əsasən qalib olub.
Çəkiliş tarixi: 27 iyun 2026
Şəkillərin sayı: 10
