Ukraynalı bloger Liliyana Rudenko
Ukraynalı bloger Liliyana Rudenko üçün Bakıya köçmək yalnız şəxsi qərar deyil, həm də həyatına yeni istiqamət verən dönüş nöqtəsi olub. Əvvəllər vətənində gülçü kimi çalışan Liliyana hazırda blogerliklə yanaşı sosial media marketinqi sahəsində fəaliyyət göstərir. O, sosial şəbəkələrdə ideal obrazlardan uzaq, real həyat hekayələri paylaşır — mədəni fərqlər, iş axtarışı və yeni mühitdə qazandığı kiçik uğurlar haqqında danışır. Bloger bildirir ki, Bakıya ilk gəlişi zamanı bloqu vasitəsilə bir çox insanla tanış olub. Bakıya ikinci dəfə gəldikdən sonra isə onun sosial çevrəsi xeyli genişlənib. Hazırda ətrafında aktyorlar, blogerlər və müxtəlif yaradıcı sahələrdə çalışan insanlar var.
Çəkiliş tarixi: 22 sentyabr 2026
Şəkillərin sayı: 5
