Kateqoriyalar
Sırala
7-ci ADA Siyasi Forumu iştirakçılarının Qarabağa səfəri başlayıb

Bu gün Xankəndidə keçiriləcək “Yeni Dünya Nizamına Doğru” mövzusunda VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər. ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Qarabağ Universitetində baş tutacaq. Forumda Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

 

Çəkiliş tarixi: 08 aprel 2025
Şəkillərin sayı: 17
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up