Kateqoriyalar
Sırala

Xalq artisti Əminə Yusifqızı ilə keçirilən vida mərasimi

Oktyabrın 9-da vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə Təzə Pir məscidində vida mərasimi keçirilib. Mərhum vida mərasimindən sonra "Qurd qapısı" qəbiristanlığına aparılaraq orada dəfn olunub. Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub. Uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrlar, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb. Əminə Yusifqızı 2016-cı il 14 sentyabrda Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.

Çəkiliş tarixi: 10 oktyabr 2025
Şəkillərin sayı: 64
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up