Kateqoriyalar
Sırala

Xalq rəssamı Sakit Məmmədov

Xalq rəssamı Sakit Məmmədov: "Hesab edirəm ki, rəssamlıq, musiqi və ədəbiyyat bir yerdə olmalıdır, çünki bunların üçü də vəhdət təşkil edir. Bu gün rəssamlar var ki, heç bir muğamı bir-birindən ayıra bilmirlər və ya musiqiçilərin, ədəbiyyatçıların əksəriyyəti rəsm əsərləri barədə heç nə bilmirlər. Baxırsan ki, tanınmış yazıçıdır, şairdir, musiqiçidir, rəsm əsərinə baxır, amma heç nə görmür, anlamır. Belə yaradıcı insan olar ki, rəngi anlamasın? Deyəndə də deyirlər, mənim başım çıxmır. Başın çıxmaya bilər, bəs sevmək? Sevmək ayrı şeydir axı. Məgər bir xanımı sevəndə biz onun bütün xarakterini bilib sevirik? Yavaş-yavaş öyrənirik də hər şeyi. Bundan əlavə, öyrənmək üçün gərək sual verəsən, öyrənmək istəyəsən axı. Yoxsa sərgiyə gəlib, elə kor-koranə baxıb, çıxıb getməklə və yaxud əsərə şəkil deməklə nə öyrənəcəksən, necə başın çıxacaq?"

Müsahibə: Oxu.az

Çəkiliş tarixi: 09 iyul 2025
Şəkillərin sayı: 52
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up