Kateqoriyalar
Sırala

Xalq tərəfindən "Sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli

Tofiq İsgəndərli 1961-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. İllüziya sənətinə kiçik yaşlarından böyük həvəsi olduğundan Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik illərində illüziya ilə mütəmadi olaraq peşəkar şəkildə məşğul olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişinin aparıcısı olaraq fəaliyyət göstərib və xalq tərəfindən "Sehrbaz Tofiq əmi" kimi tanınıb. Azərbaycan İllüzionistlər Assosiasiyasının prezidenti olan Tofiq İsgəndərli Azərbaycan dilindəki "Fokuslar" kitabının və dövlət patenti almış altı illüziya nömrəsinin müəllifidir.

Çəkiliş tarixi: 19 yanvar 2026
Şəkillərin sayı: 16
Fotoqraflar:
Sabina Shabiyeva
Sabina Shabiyeva
arrow-up