Kateqoriyalar
Sırala

XI əsrə aid olan əzəmətli Gəncə qapıları

Gəncə qapıları Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. IX-XI əsrlərdə Azərbaycan ərazisinə qarətçi yürüşlərin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirir. Bu səbəbdən Gəncə qapıları hazırlanaraq ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılır və hazırda bir tayı Gelati monastırında saxlanılır. Akademik Rafael Əhmədov 2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntılar zamanı Gəncə qapılarının qalıqlarını tapıb. 2008-ci ildə isə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilib və şəhərin girişində qurulub.

Çəkiliş tarixi: 11 dekabr 2025
Şəkillərin sayı: 29
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up