Xizək Alpinizmi üzrə Avropa Çempionatı
Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa Çempionatı keçirilir. Yarışlarda U18 və U20 kateqoriyasında qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar. Çempionata 18 ölkənin idmançıları və neytral idmançılar qatılıblar. Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edirlər.
Çəkiliş tarixi: 04 mart 2026
Şəkillərin sayı: 75
