Kateqoriyalar
Sırala

Xızı rayonunda yerləşən XIX əsrə aid su dəyirmanı

Azərbaycanın səfalı bölgələrindən olan Xızı gözoxşayan təbiəti, rəngarəng dağ silsilələri və tarixi məkanları ilə tanınır. Bu cür qədim tikililərdən biri də Xızı rayonunun Xələnc kəndi ərazisində yerləşən su dəyirmanıdır. Abidənin üzərində yer alan yazıya əsasən, tikili XIX əsrə aiddir. Axar suyun gücü ilə işləyən su dəyirmanları qədim dövrlərdən etibarən insanların taxılı una çevirmək üçün istifadə etdiyi mühüm qurğular olub.

Çəkiliş tarixi: 02 yanvar 2026
Şəkillərin sayı: 30
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up