Kateqoriyalar
Sırala
Xocalı əsirlərinin saxlandığı ferma və Qarqar çayı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni təcavüzkarların Xocalıda törətdikləri qırğın zamanı yurd-yuvalarını tərk edərək üzü Ağdam istiqamətində ümid axtaran Xocalı sakinləri üçün ilk dayanacaq yeri Qarqar çayı olub. Kürün sağ qolu olan bu çay Şuşa, Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonları ərazisindən axır. Gecə saatlarında edilən hücumla Əsgəranın sağ tərəfi ilə üzü Ağdama sarı qaçan xocalı sakinləri, Qarqar çayının yatağı ilə davam edən və Əsgəranın sağ tərəfi ilə bitişən, xocalılar üçün “Azad dəhliz” adı verilən açıq ərazidə pusquya düşürülüb. Onların bir hissəsi Pircamal və Naxçıvanlı deyilən ərazilərdə əsir götürülüb. Həmin əsirlər isə Qaraqaya ətrafından Ağdama qədər uzanan ərazidəki müxtəlif fermalarda saxlanılaraq işgəncələrə məruz qalıb. Həmin fermalardan biri dam örtüyünün bir qismi uçuq, qapı-pəncərəsi qırıq olan bu tikilidir. Məlumata görə, əsirlər bir müddət burada saxlanıldıqdan və müxtəlif işgəncələrə məruz qaldıqdan sonra onların bir qismi ermənilərlə dəyişdirilib. Digər əsirlər barəsində isə hələ də heç bir məlumat yoxdur.

Çəkiliş tarixi: 26 fevral 2025
Şəkillərin sayı: 35
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up