Kateqoriyalar
Sırala

Xocalı faciəsinə həsr olunmuş "Zamanı dayandıran gecə" adlı fotosərgi

Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Zamanı dayandıran gecə" adlı fotosərgi açılıb. Sərginin təşkilində əsas məqsəd 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciənin həqiqətlərini geniş auditoriyaya çatdırmaq, şəhidlərin əziz xatirəsini yad etmək, gələcək nəsillərə tarixi həqiqətləri ötürməkdir. Sərgidə ilk dəfə Xocalı sakinləri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, mayor Tofiq Mirsiyab oğlu Hüseynova aid fotoşəkillər, Murad Şükürova məxsus sənədlər və qatlama bıçaq da sərgilənir. Nümayiş olunan şəkillər içərisində 26 fevral 1992-ci ildə rusiyalı jurnalist Viktoriya İvleva tərəfindən çəkilən, faciənin dərinliyini göstərən foto da yer alır. Sərgidə Oleq Litvin, Xalid Əsgərov, İlqar Cəfərov, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu və ilk dəfə olaraq Eduard Ponyaqinin aero fotoları nümayiş olunur. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilir.

Çəkiliş tarixi: 25 fevral 2026
Şəkillərin sayı: 27
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up