Kateqoriyalar
Sırala

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb

Xocavənd rayonunun Qırmızıbazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür. Onlardan 10 ailə (39 nəfər) Qırmızıbazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Çəkiliş tarixi: 11 sentyabr 2025
Şəkillərin sayı: 14
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up