Kateqoriyalar
Sırala

Zəfər Gününə həsr olunan Motokros çempionatı

Noyabrın 11-də Azərbaycan Motosiklet İdmanı Federasiyası tərəfindən Badamdar Avtobazar ərazisində Motokros çempionatı keçirilib. Çempionat 8 Noyabr – Zəfər Gününə həsr edilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir. Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak ediblər. Çempionat çərçivəsində tamaşaçılar üçün maraqlı yarışlar, nümayiş çıxışları, motoşou və motosiklet sərgisi də təşkil olunub.

Çəkiliş tarixi: 11 noyabr 2025
Şəkillərin sayı: 127
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up