Kateqoriyalar
Sırala
Avropada ən böyük atıcılıq komplekslərindən biri sayılan Bakı Atıcılıq Mərkəzi

Bakı Atıcılıq Mərkəzinin müasir standartlara cavab verən güllə atıcılığı binası var. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçirilə bilir. Bundan başqa stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə məşqlər də keçirilir. Mərkəzdə biri final yarışları üçün nəzərdə tutulmaqla beş atış meydançası inşa edilib ki, həmin meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Stend atıcılığı sahəsində beş atış meydançası inşa edilib və atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Bakı Atıcılıq Mərkəzində hər kəs atıcılıq bacarığını sınaya, sərrast atıcılığı öyrənə və maraqlı gün keçirə bilər.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 14 mart 2024
Şəkillərin sayı: 38
Fotoqraflar:
Sabir Mammadov
Sabir Mammadov
arrow-up