Azərbaycan boksçusu Əminə Tağı
Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib. 50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb. O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.
Çəkiliş tarixi: 07 avqust 2025
Şəkillərin sayı: 10
