Kateqoriyalar
Sırala
"Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu"nun rəsmi açılış mərasimi

Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən üç mindən çox könüllünü bir araya toplayan "Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu"nun rəsmi açılış mərasimi keçirilib. Forumda Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Çəkiliş tarixi: 05 dekabr 2024
Şəkillərin sayı: 33
Fotoqraflar:
Arif Guluzade
Arif Guluzade
arrow-up