"Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbir
İyunun 29-da Bakıda “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici tədbir keçirilib. tədbirdə dövlət qurumlarının, maliyyə sektoru nümayəndələrinin, fintex şirkətlərinin və ödəniş ekosisteminin iştirakçıları bir araya gələrək ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişaf perspektivlərini, həyata keçirilən islahatları və gələcək hədəfləri müzakirə ediblər. Tədbirin açılış nitqləri "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev, Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi və "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Eynar Abdullayev tərəfindən səsləndirilib. Tədbir panel müzakirəsi ilə davam edib.
