Kateqoriyalar
Sırala
AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, müharibə reportyoru Ədil Arifoğlu

Müharibəyə gedən insan 95 faiz öləcəyini bilir. Yəni sağ qalmaq ehtimalı 5 faizdir. Hamı onsuz da ölümü gözə alır. Vertolyotda pilotlar bir-birinə işarə edirdilər ki, bizdən əvvəl bir vertolyot vurulub. Bizim vertolyotun da vurulma ehtimalı çox idi. Ona görə hər kəs ölümü gözləyirdi. Biz ilk olaraq Yevlaxın işıqlarını gördük. Pilotlar sevindilər ki, təhlükə sovuşdu. Sonra hər kəs sevinirdi ki, ölmədik. Təsəvvür edin, Kəlbəcərdən çıxıblar, evlərini, isti yuvalarını, kimisi həyat yoldaşını, oğlunu geridə qoyub, amma həmin an sevincli idilər ki, ölmədik.

Müsahibə: Kaspi.az

 

 

Çəkiliş tarixi: 29 oktyabr 2022
Şəkillərin sayı: 12
Fotoqraflar:
Sabir Mammadov
Sabir Mammadov
arrow-up