Bakının qədim tarixi rəmzlərindən biri olan XII əsrə aid Qız Qalası
Bakının tarixi rəmzlərindən biri olan Qız Qalası qədim qala divarlarının cənub-şərq hissəsində, Dənizkənarı Milli Parkın yaxınlığında yerləşir. XII əsrə aid bu qala müdafiə məqsədli tarixi abidədir. Hündürlüyü 28 metr olan qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilib və günbəz formalı tavanla örtülüb. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb. Qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılıb. Qız qalası unikal-konstruktiv quruluşuna görə nəinki Azərbaycanda, eləcə də Yaxın Şərqdə analoqu olmayan bir abidədir.
Çəkiliş tarixi: 03 fevral 2025
Şəkillərin sayı: 48