Kateqoriyalar
Sırala
Baletin dirijoru - Xalq artisti, maestro Yalçın Adıgözəlov

Bəli, hamıda böyük həyəcan və qürur hissi vardı. Çünki Azərbaycan bəstəkarlıq məktəbinin ikinci belə bir əsəri yoxdur ki, bütün dünyaya yayılsın. “Məhəbbət əfsanəsi” Vətəninə qayıtdı. Arif Məlikovun öz dediyinə görə, balet dünyanın 60 ölkəsində səhnəyə qoyulub. Bu, çox böyük bir rəqəmdir. Mən Arif müəllimin gözünün önündə böyümüşəm. Hamımız bir evdə - Hüsü Hacıyev küçəsindəki məşhur “Bəstəkarlar evi”ndə yaşamışıq. Atamın yaxın dostu idi. Uşaqlıqda ona “Arif əmi” deyirdim, qızı Şirinlə bərabər böyüyürdük. 1989-cu ildə Leninqradda  (indiki Sankt-Peterburq) təhsilimi bitirib dirijor kimi ölkəmizə qayıdanda artıq Azərbaycan  Dövlət Simfonik Orkestrinin dirijoru kimi çalışırdım. İkinci konsertin proqramına Arif Məlikovun “Nağıl” simfonik poemasını daxil etdim. Arif müəllim konsertə gəldi. “Çox sevinirəm, Azərbaycana yeni bir gənc dirijor gəldi. Təhsilin mükəmməldir”, - deyə məni qucaqladı: “Bundan sonra əsərlərimi sənə etibar edəcəm” dedi.

Müsahibə: Kaspi.az

Çəkiliş tarixi: 01 oktyabr 2023
Şəkillərin sayı: 20
Fotoqraflar:
Sabir Mammadov
Sabir Mammadov
arrow-up