Kateqoriyalar
Sırala

Dənizkənarı Milli Parkda açılan Yeni il yarmarkası

Dənizkənarı Milli Parkda Yeni il yarmarkasının açılışı baş tutub. Ənənəvi olaraq hər il keçirilən yarmarka bu il yeni və fərqli tərtibatda hazırlanıb. Burada quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma birlikdə bulvarın daxilində sanki kiçik şəhərcik görüntüsü yaradır. Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri də şəhərin ilk dəfə açıq havada salınmış buz meydançasıdır. ÜNNA Studio tərəfindən qurulan və Nargis Fondu tərəfindən təşkil olunan bu meydança "Dinamo" ərazisində yerləşir və dekabrın 1-dən yanvarın 5-dək fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradır.

Çəkiliş tarixi: 01 dekabr 2025
Şəkillərin sayı: 27
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up