Dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli vətənə qayıdıb
Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli vətənə qayıdıb. 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanla qaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Ümumilikdə 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.
Çəkiliş tarixi: 16 dekabr 2024
Şəkillərin sayı: 11