Əllərini ocağın hisi tutmuş Murad və küçədə onu tərk etməyən dostu
Ətrafına heç kimi yaxın buraxmayan, üz-gözünü saqqal basmış orta yaşlı şəxs ona tərəf addım atanları nalayiq ifadələrlə özündən uzaqlaşdırır. Əllərini ocağın hisi tutmuş bu evsizin yalnız adı və yaşı məlumdur. 57 yaşlı Murad bir neçə ildir Ceyhun Hacıbəyli küçəsində həyatını davam etdirir. Ətrafdan topladığı əşyaları ocağa ataraq alovlandıran Murada yanındakı boz rəngli pişik yoldaşlıq edir. Onun bir ayağı isə qaladığı ocaqların birində yanıb.
Reportaj: Oxu.az
Çəkiliş tarixi: 12 mart 2022
Şəkillərin sayı: 18